Azad Rəhimov: "2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib"

Azad Rəhimov: "2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib"

"Azərbaycan Gəncliyi 2011-2015-ci illər dövlət proqramı çərçivəsində Gənclər siyasətinin bazasının möhkəmləndirilməsi məqsədilə 23 şəhər və rayonda Gənclər evi və mərkəzi inşa edilib, daha 14-nün inşasına başlanıb". SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov proqramın icrası ilə bağlı keçirilən iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində proqram çərçivəsində gənc kadrlarla bağlı məlumat bankları yaradılıb: "Bu gün Azərbaycanın inkişafında gənclərin elmə həvəsləndirilməsi vacib rol oynayır. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu 2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib. Gənc ailələrə qrant layihələrin verilməsi, gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb. Ölkənin qazandığı nailiyyətlər, gənclərin fəaliyyətində davamlı inkişaf tapıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrinin iştirakı ilə 50-dək gəncin iştirakı ilə kibertəhlükəsizlik mövzusunda model simulyasiya oyunu keçirilib. Gəncə 2016-cı ildə Avropanın Gənclər paytaxtı seçilib. Məlumdur ki, sözügedən proqram gənclər və gənclər təşkilatlarının iştirakı ilə hazırlanıb və onun icrasına gənclər təşkilatları aktiv olaraq qoşulublar".

A. Rəhimov qeyd edib ki, proqram çərçivəsində Gənclər və İdman Nazirliyi "Gənclər Siyasəti haqqında " Azərbaycan Respublikasının qanununa istinad edərək gənclər təşkilatlarının layihələrini maliyyələşdirib: "Ötən il nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilib. Hazırkı mərhələdə gənclər siyasəti həyata keçirilərkən biz gənclərin fəal iştirakına, layihələrin davamlı olmasına, gənclərin aktivliyinə xüsusi önəm veririk. Proqram çərçivəsində həmçinin Azərbaycan Respublikasının prezidentinin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub. Gənclər üçün prezident mükafatı təsis edilib və 5 fevral 2014-cü ildə keçirilən tədbir zamanı 6 ilk layiqli namizəd mükafatlandırılıb. Ümumi olaraq ötən dövr ərzində çoxlu sayda maraqlı tədbirlər həyata keçirilib. Lakin görüləcək işlərimiz hələ çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə