DİN inkassator avtomobilinin qəzaya uğraması ilə bağı məlumat yayıb

DİN inkassator avtomobilinin qəzaya uğraması ilə bağı məlumat yayıb

Daxili İşlər Nazirliyi "Kapitalbank"a məxsus inkassator maşınının qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 12:00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsinin ərazisində "Kapitalbank"da sürücü işləyən Emin Ağarzayev idarə etdiyi banka məxsus "Volkswagen" markalı avtomobili aşırıb.

E.Ağarzayevin sərnişinlərindən "Kapitalbank"da xəzinədar işləyən Cavad Bədəlov hadisə yerində ölüb, özü və inkassator işləyən digər sərnişini Səftər Nəcəfov xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə