Soçidə keçirilən Qış Olimpiadasının açılışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan növbəti tərbiyəsizliyini edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan idmançılarının keçidi zamanı S.Sarkisyan ayağa durmayıb.
Halbuki, bütün ölkələrin rəhbərləri idmançıların keçidi zamanı ayağa durur və onları alqışlayırlar. Ermənistan idmançılarının keçidi zamanı kameralar həm də Belarus prezidenti Aleksandr Lukaşenkonun yanında oturmuş Sarkisyana tərəf tuşlanıb. Bütün televiziya tamaşaçıları da Sarkisyanın yerindən durmadığının şahidi olublar. Kadrlardan da görünür ki, Lukaşenko Sarkisyana nəyi isə başa salmağa çalışır, o isə yerindən tərpənmir.
Bu hörmətsizlik Ermənistan ictimaiyyətində narazılığa səbəb olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB