Fazil Mustafa: “Televiziyaları səviyyəsiz verilişlər işğal edib”

Fazil Mustafa: “Televiziyaları səviyyəsiz verilişlər işğal edib”

"Telekanallarda ailədaxili, şəxsi münasibətlərə həsr olunan verilişlərə münasibətim xoş olmasa da, bir tərəfdən o telekanalları da qınamıram. Çünki telekanallarda siyasi, elmi, sosial problemlərlə bağlı müzakirələr məhdudlaşanda efiri bu cür bayağı verilişlərlə doldurmalıdırlar. Bu sahədə boşluq var, ona görə də efirləri dedi qodu, ailədaxili münasibətlər, şəxsi qarderoblar, hansısa bir müğənninin səviyyəsiz hərəkətləri işğal edib".Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafa qeyd edib ki, efir məkanında bütün təbəqələrin maraqlarını ifadə edən verilişlər yer almalıdır: "Bu televiziyaların da birbaşa günahı deyil. Hansı televiziya istəyər ki, bu qədər səviyyəsiz, məişət zəminində baş verən olaylara həsr olunan verilişlərin çoxluğu ilə tanınsın. Əvvəllər televiziyalarda debatlar gedirdi, amma bu diqqət cəlb etmirdi. Amma indi bu tip verilişlər diqqət cəlb edir. Əgər efirlərdə ictimai təşkilatların müzakirəsi verilmirsə, televizayalar buna yer ayırmırsa, sosial problemlərlə bağlı proqramlar yayımlanmırsa, o zaman kiminsə ailə məsələsini ortaya çıxarıb müzakirə etmək ən asan yoldur".

Bütün xəbərlər Facebook səhifəmizdə