Sabir Rüstəmxanlı: “Bu verilişlər dövlət maraqlarımıza və milli əxlaqımıza tamamilə ziddir:
"Telekanallarda ailədaxili problemlər bu dərəcədə müzakirə olunması, insanların şəxsi həyatlarının bu dərəcədə qabaradılması yolverilməzdir. Bu verilişlər millətimizi kökündən qoparır və milli əxlaqımıza və dövlət maraqlarımıza tamamilə ziddir". Milli telekanallarda - ATV, ANS və "Space"də ailədaxili problemlərə həsr olunan verilişlərin yayımlanmasına münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Ümumiyyətlə, ailədaxili problemlərlə bağlı, insanların şəxsi həyatları ilə bağlı verilişlərin bu səviyyədə efirə verilməsi, insanların şəxsi həyatları ilə bağlı yersiz fikirlərin səsləndirilməsi insanların tərbiyəsini pozduğunu deyən VHP sədri onu da əlavə etdi ki, elə mövzular seçirlər ki, bu verilişlər nəticəsində milli kimliyimiz aşılanır: "Əslində bütün verilişlər milli dəyərlərimizə hörmət etməli, əndazəni aşmamalıdır. Amma bizdə əksinədir. Mən bu verilişləri qınayıram. Azərbaycan ailəsinə layiq olmayan sözlər, fikirlər səslənir. Xalqımızın pulu ilə fəaliyyət göstərən televiziyalar bu addımları ilə xalqa qənim kəsilməməlidir. Amma görünən budur ki, onlar bu addımları ilə həm də dövlətə qarşı çııxırlar. Çünki bu verilişlərdə dövlət maraqları da tapdalanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB