"Belə tədbirlər gənclərin hərtərəfli inkişafına mühüm təsir göstərir", SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Oğuz rayonunda keçirilən gənc liderlər üçün Qış Məktəbi ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, beş gün ərzində burada müxtəlif mövzularda - sosial media və gənclik, sosial şəbəkələrlə iş, sosial cəmiyyət modeli, ailə və nikah məsələləri və digər mövzularla bağlı debatlar, diskussiyalar, seminarlar, söhbətlər keçiriləcək, gənclərin fikirləri öyrəniləcək, təklifləri dinləniləcək.
Son illər Azərbaycan gəncliyinin fəallığının xeyli artdığını vurğulayan YAP təmsilçisi yay və qış məktəblərində Azərbaycan gəncliyi üçün çox aktual olan məsələlərin müzakirə edildiyini, diskussiyaların aparıldığını diqqətə çatdırıb. Vüqar Rəhimzadə bu məktəblərin gəncliyin yaxşı mənada formalaşmasına, hərtərəfli inkişafına böyük töhfələr verəcəyini bildirib.
Qeyd edək ki, ötən gün Oğuz şəhərində gənc liderlər üçün növbəti qış məktəbi başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB