"Yaz sessiyası dövründə komitəmiz maraqlı qanun layihələri təqdim etməyi nəzərdə tutur. Komitəyə qanunvericilik təşəbbüsü qaydasında daxil olacaq qanun layihələri ilə yanaşı, sessiya müddətində "Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında" qanun layihəsinə də baxılması nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və "Kulinariya mədəniyyəti haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq və parlamentə təqdim ediləcək: "İş planında "Azərbaycanda aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi də var. Deputatlar milli sərvətlərimizlə bağlı bir sıra yeni qanun layihələri hazırlamaq, həmçinin bugünün tələblərini əhatə etməyən köhnə qanunları da yenidən işləmək əzmindədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB