“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” müzakirə olunacaq ANONS
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcək. Əlaqələndirmə Şurasının sədri Gənclər və İdman Naziri Azad Rəhimovdur. Bu barədə SİA-ya gənclər və idman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, əlaqələndirmə Şurası dövlət proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir. Vurğulanmalıdır ki, dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur.
İclasda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB