Bu gün Tovuz rayonunda 8-ci Möcüzə "Liderlik məktəbi" nin açılış mərasimi baş tutub. SİA-nın xəbərinə görə, Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər İdman Nazirliyinin dəstəyi ilə Tovuz rayonunda 8-ci Möcüzə "Liderlik məktəbi" nin açılış mərasimi baş tutub. 6 gün davam edəcək layihədə 28 ali məktəbdən 100-dən artıq 1-ci və 2-ci kurs tələbələri iştirak edir.
Qış tətili dövrünə təsadüf edən liderlik məktəbinin Tovuzda keçirilməsində məqsəd isə son günlər bu rayonun daha çox düşmən tərəfindən atəşə tutulması və tələbələrində məhz cəbhədə döyüşən əsgərlərlə dəstək nümayiş etdirmək olub. Layihə çərçivəsində 4 təlim həyata keçiriləcək, bundan başqa rayonun tarixi məkanlarında tələbələrin ziyarəti təşkil olunacaq. Onu da qeyd edək ki, liderlik məktəbinin Quba, Qəbələ. Xızı, Şəki və Xaçmaz rayonlarında təşkil olunan tədbirlərində 700-dən artıq tələbə iştirak edib.
Liderlik məktəbi bir həftə ərzində Tovuz rayonunda hərbiçilərlə görüşlər keçirəcək, Tovuzun tarixi yerləri ilə tanış olacaq və görkəmli şəxsiyyətlərlə görüşlər keçirəcəklər.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB