“QİDA” Akademiyasının Qış sessiyası yekunlaşıb FOTOLAR

“QİDA” Akademiyasının Qış sessiyası yekunlaşıb FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Tərəfindən həyata keçirilən "QİDA" Akademiyasının Qış sessiyası yekunlaşıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Akademiyanın Qış Sessiyası 7-9 fevral 2014-cü il tarixlərində Oğuz rayonunda keçirilib.

Bakı, Astara, Gəncə, Bərdə, Quba, Lənkəran, Beyləqan, Sumqayıt, İsmayıllı regionlarından 45 gəncin iştirakı ilə keçirilən qış sessiyasında gənclərə "Vaxtın idarəedilməsi", "Təqdimat bacarıqları" , "QHT-lər üçün Praktik Maliyyə İdarəetməsi- Effektiv və Səmərəli İdarəetmə Metodları" və "Layihənin Monitorinqi və Qiymətləndirilməsi" mövzuları üzrə kurslar keçirilib. Keçirilən kurslar akademiyanın 3 tədris bloku üzrə 32 akademik saatdan ibarət olub.

Qeyd edək ki, QİDA akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə