Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş seminarlar keçirilir FOTO

Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş seminarlar keçirilir FOTO

Respublikamızın bütün şəhər və rayonlarınının məktəblərində Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş seminarlar keçirilir. Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon Gənclər Birliyinin sədri Rəşad Rəhmanovun SİA-ya verdiyi məlumata görə, Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş seminarlara Siyəzən rayonunda da start verilib: "Keçirilən seminarlarda Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, Onun Azərbaycan xalqına, doğma Vətəninə göstərdiyi misilsiz xidmətləri siyəzənli gəncələrə örnək kimi göstərilir".

"Azərbaycanın müstəqillik tarixində Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir" - deyə qeyd edən Rəşad Rəhmanov onu da vurğuladı ki, məhz bu baxımdan, gəncələrə aşılamaq istədiyimiz bütün bu kimi önəmli amillər onların gələcəklərinin təminatında müstəsna rol oynayacaq: "Əlbəttə ki, bu tarixi irs bütün mərhələlərdə gənc nəslə dövlətçilik, müstəqillik ənənələrinin öyrədilməsi baxımından xüsusi rol oynayacaq".

Gənclər Birliyinin sədri seminarların davamlı şəkildə aparılacağını da qeyd etdi.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə