"Azərbaycanda 9 minə yaxın uşaq, o cümlədən 2 mindən artıq əlilliyi olan uşaq dövlət uşaq müəssisələrində təhsil alır. 4 minə yaxın uşaq hər il daxili işlər orqanları tərəfindən müxtəlif səbəblərə görə, o cümlədən onlardan 400-500 nəfəri müxtəlif növ cinayət əməlləri törətdiklərinə görə, polis qeydiyyatına alınır". SİA-nın məlumatına görə, bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə 60 mindən çox əlilliyi olan uşaq var ki, onların böyük hissəsinin təhsilə cəlb edilməsi hələ də təmin edilməyib: "Müxtəlif qurumların hesablamalarına görə, ölkədə 2 mindən artıq uşaq küçədə işləyir və ya yaşayır. Uşaqlara qarşı fiziki, psixoloji, zorakılıq halları bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən il ərzində Bakıda zorakılığın qurbanı olduğunu zənn edən 300-dən çox uşaq qaynar xətt xidmətinə zəng edib və qeydiyyata alınıb. Zorakılıq qurbanı olan uşaqlar üçün reabilitasiya mərkəzinə Bakı şəhərindən 170-dən çox uşaq cəlb edilib".
N.Seyidov qeyd edib ki, hər il ölkədə 40-60 uşaq ( müxtəlif yaşlarda) intihar edir və daha çox sayda uşaq intihara cəhd edir: "Ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. İntihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB