Bü gün səhər saat 07:30 radələrindən etibarən Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb. SİA-nın xəbərinə görə, Həzi Aslanov istiqamətində hərəkət edən qatarlar arasında 15-20 dəqiqəlik intervalın yaranması sərnişin sıxlığına səbəb olub.
Stansiyalarda sərnişinlər çətinliklə hərəkət edib, vaqonlara düşüb-minərkən sıxlıq yaranıb. Nəticədə platformada sıxlığa və havasızlığa dözməyən məktəbyaşlı uşaqlar və yaşlı insanların səhhətində narahatlıq özünü göstərib. Bu səbəbdən də təcili tibbi yardım heyəti platformada onlara yardım edib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva SİA-ya açıqlamasında deyib ki, "İçəri şəhər" və "Dərnəgül" istiqamətlərdə hərəkət edən qatarlarda texniki nasazlıq olub. Onun sözlərinə görə, nəticədə qatarların hərəkət intervalında 23 dəqiqə fasilə yaranıb: "Sadəcə, sərnişinlər qatarlara minərkən, qapıların vaxtında bağlanılmasına mane olurlar və nəticədə, qatarların hərəkətində ləngimə müşahidə olunub. "Neftçilər" metrosunda qatarlardan birində yaranan texniki nasazlığa görə intervalda ləngimə baş verib. Hazırda vəziyyət qaydasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB