“Reuters UK” agentliyi “Bakı-2015” I Avropa Oyunları ilə bağlı yazıb

“Reuters UK” agentliyi “Bakı-2015” I Avropa Oyunları ilə bağlı yazıb

"Reuters UK" agentliyi "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı Soçidə keçirilmiş brifinq haqqında məqalə yayımlayıb.
Məqalədə gənclər və idman naziri Azad Rəhimovun brifinqdəki fikirlərinə yer verilərək "Bakı-2015" Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyət kəsb etdiyi, gələcəkdə Olimpiya oyunlarına ev sahibliyi etmək üçün böyük təcrübə olacağı vurğulanıb.
Yazıda, həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin "Bakı-2015" Avropa Oyunlarının Azərbaycanın bütün beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu təsdiqləyəcəyi fikri diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə