Soçi olimpiadasının ilk qızıl medalının sahibi bəlli oldu

Soçi olimpiadasının ilk qızıl medalının sahibi bəlli oldu

Amerikalı snoubordçu Seyc Kotsenburq Soçidəki Olimpiya Oyunlarında ilk qızıl medalı qazanıb. İdmançı finalda iki ən yaxşı cəhd üzrə 93,50 bal nəticə əldə edib. SİA-nın məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Gümüş medalın sahibi 91,75 balla norveçli Staale Sandbex, bürünc mükafatçı kanadalı Mark Makmorris (88,75 bal) olub.

Rusiyalı Aleksey Sobolyov yarışın finalına düşə bilməyib və 20-ci yeri tutub.

Qeyd edək ki, sloupstayl ilk dəfədir ki, Olimpiya Oyunlarının proqramına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə