Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün ölkə prezidentinin Aqrilizin ASC-lərə ayırdığı malliyyə vəsaiti ilə alınan yeni taxılyığan kombaynların bir hissəsi ölkəyə gətirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Kənd Təsərrüfatı naziri Heydər Əsədov Şirvan "Aqrilizinq" ASC-nin təchizat bazasına gətirilən yeni taxılyığan kombayınlara baxış keçirib.
Hazırda bazaya 106 ədəd Finlandiya istehsalı olan "Sampo" markalı yeni kombayn gətirilib və qarşıdakı aylarda bu kombaynların bölgədə fəaliyyət göstərən fermerlərə lizinq şərtləri ilə paylanması gözlənilir. Nazir eyni zamanda bəzi rayonlardan gəlmiş fermerlərə kombaynların sənədlərini təqdim etdi və fermerlərlə, texniki nəzarət müfəttişləri ilə səyyar müşavirə keçirdi. Nazir daha sonra Şirvan Baytarlıq xidmətində və Şirvan regional Fitosanitar nəzarət xidmətinin inzibati binalarına da baxış keçirmişdir.
Qeyd edək ki, yeni kombaynlar digərlərindən fərqli olaraq 6 silindrdən ibarətdir. Bu da texnikanın biçin prosesini sürətli və keyfiyyətli həyata keçirməsinə imkan verir. Yaxın vaxtlarda isə kombaynların növbəti hissəsinin Şirvan Aqrolizinq təchizat bazasına gətirilməsi ilə onların ümumi sayı 150-ə çatacaq. Xatırladaq ki, yay mövsümündə ölkə ərazisində taxıl biçinində yaranmış texnika çatışmazlığı nəzərə alınaraq, ölkə Prezidenti yeni kombaynların alınması məqsədi ilə prezidentin ehtiyyat fondundan 15 milyon manat pul ayırmışdı.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB