Sovetlər birliyi dağıldıqdan sonra Ağstafa və Qazax rayonlarında olan çox mərtəbəli binalarda qazanxanalar ləğv edilərək, yerlərində digər məişət və dövlət əhəmiyyətli binalar tikilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, 24 ildir ki, sakinlər soyuq qış günlərində istilik sisteminin olmamasından əziyyət çəkirlər. Hazırda hər iki rayonda bəzi qazanxanalardan yaşayış məqsədi ilə istifadə edilir, bəziləri isə sökülərək yerində məişət və ya dövlət əhəmiyyətli obyektlər tikilib. Bu isə sakinlərin haqlı olaraq narazılığına səbəb olub.
Məsələ ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin Ağstafa istilik sistemləri, isitmə sahəsi rəisi Nizam Həsənov bildirib ki, Ağstafa rayonunda yalnız çoxmərtəbəli yaşayış binası, 2 səhiyyə və 1 məktəb binasında istilik sistemi quraşdırılıb və onların ASC ilə müqaviləsi var: "Qazax rayonunda isə ruhi xəstəxanadan başqa heç bir binanın ASC ilə müqaviləsi yoxdur. Bu baxımdan da sakinlər daha çox elektrik enerjisindən istifadə etməli olurlar".
"Xoşbəxtlikdən bu günədək nə Ağstafada, nədəki Qazaxda elektrik şəbəkələrində elektrik enerjisi ilə bağlı problemlərə rast gəlinməyib". Bunu Qazax elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev məlumat verib.
Sakinlər çox mərtəbəli binalarda bəzi hallarda məcburiyyət qarşısında təbii qazdan istilik sistemi kimi istifadə edirlər ki, buda qanuna ziddir. Qazax qaz istismar idarəsinin rəisi Rasim Zeynalov çoxmərtəbəli binalarda təbii qazdan istilik sistemi kimi istifadə etməyin qanuna zidd olduğunu deyib. O bildirib ki, əgər bu cür hallar baş verərsə dərhal həmin mənzilin qaz təchizatı dayandırılır.
Kamran Əskiparalı, Ağstafa-Qazax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB