Şöbə müdiri: "İstehsal olunan məhsulun çəkisi belə düz deyilsə, bu halal deyil, haramdır"
"Halal" sertifikatı adlanan bir sənəd yoxdur. Lakin istehsalçı müəssisələr reklam olaraq öz məhsullarına qanunvericiliklə "Halal" və digər ifadələri yaza bilər". Bunu SİA-ya açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda "halal" ifadəsi altında normativlər var. Bu normativlərin standartları isə hələ ki, təyin olunmayıb: "Amma dövlət nəzarəti olaraq bizim üçün məhsullarda halallığın standartları yoxdur. Mərkəzimiz üçün əsas məhsulun təhlükəsizlik göstəriciləridir. Bəzi müəssisələr istehsal etdikləri məhsullarında donuz ətindən istifadə etmədiklərini əsas götürərək bildirilər ki, istehsal etdikləri məhsul halaldır. Lakin burada da bəzi problemlər var. Əgər bu kimi məhsulların çəkisi belə təyin olunmuş standartlara uyğun deyilsə, deməli istehsalçının istehlakçıya təklif etdiyi məhsul halal deyil, haramdır. Məhsulunun təyin olunan bütün standartlara uyğun olduğunu reklam etmək istəyən istehsalçı müəssisələr "Halal" əmtəə nişanı almalıdırlar. Alıcılar bilməlidirlər ki, reklam edilən məhsulların üzərində "Halal" yazılsa da, bu o demək deyil ki həqiqətən bu məhsul halaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB