İnterAz TV– də kadr dəyişikliyi olub. SİA-nın məlumatına görə, bundan sonra İnterAz – ın "Xəbərlər " departamentinə Anar Bürcəliyev rəhbərlik edəcək. Xəbəri İnteraz Tv-dən də təsdiqləyiblər. Bildirilib ki, Anar Bürcəliyev artıq yanvar ayından bu vəzifədə calışır.
Xatırladaq ki, Anar Bürcəliyev bundn əvvəl "Kəpəz" Müstəqil Tele-Radio verilişləri şirkətinin "Xəbərlər" departamentində çalışıb. O, dövrü mətbuatda 70-dən artıq məqalə, ressenziya və oçerklərin və 4 kitabın müəllifidir. A.Bürcəliyev Respublikanın xalq artistləri mərhum Məhəmməd Bürcəliyev və Sədayə xanım Mustafayevanın oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə