Zakir Qaralov 32 nəfərə şiddətli töhmət verib, 3 əməkdaşı isə işdən çıxarıb
"Dövlət başçısı İlham Əliyevin tövsiyələri və göstərişlərinə müvafiq olaraq yanvarın 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilən müsabiqənin birinci mərhələsi olan test imtahanı keçirilib və müvəffəqiyyət qazanan 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılıb". SİA-nın xəbərinə görə, bunu Baş Prokurorluqda keçirilən kollegiyada çıxış edən Baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirən 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələsinə təyin edilib, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılıb.
Zakir Qaralov onu da qeyd edib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub.
O həmçinin deyib kİ, hesabat ilində Ağstafada 199, Lənkəranda 100, Qubada 87, Şəkidə 71, Ağsuda 56, Ağcabədidə 58 və Şirvanda 41, cəmi 612 vətəndaş qəbul edilməklə müraciətlərinə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB