YAP GB Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması” mövzusunda seminar keçirib FOTOLAR

YAP GB  Gənclərin  zərərli vərdişlərdən və yad təsirlərdən qorunması” mövzusunda seminar keçirib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP GB) Gənclər Birliyinin Ofisində "Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda çıxış edən YAP GB-nin ofis rəhbəri Sərraf Hüseynov bildirib ki, seminarı keçirməkdə məqsəd gənclərin psixoloji durumu ilə bağlı məsələləri müzakirə etmək və onların mənfi qüvvələrə uymaması üçün lazımi tövsiyələr verməkdir: "Son dövr prosseslərə nəzər salsaq bəzi gənclərin psixoloji durumlarının lazımi səviyyədə olmadığını görərik. Bu baxımdan da bugünkü seminarımızı gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunmasına həsr etmişik. Seminara alim, tarixçinin dəvət edilməsi təsadüfi deyil. Hesab edirik ki, gənclərimizin ölkəsini, xalqını sevən bir insan tarixçi, alim Vəli Əliyevin fikirlərinə və məsləhətlərinə böyük ehtiyacı var".

Daha sonra mühazirə ilə çıxış edən tarixçi alim Vəli Əliyev ölkəmizin bugünə qədər keçdiyi yoldan və inkişaf tarixindən söz açıb. O bildirib ki, müasir Azərbaycan dövləti xalqımızı qane edir.

Son dövrlər bəzi gənclərin müəyyən cərəyanlara uyaraq digər ölkələrdə döyüşlərdə iştirak etməsi məsələsinə toxunan alim vurğulayıb ki, bütün gənclər bilməlidirlər ki, vətəndən yaxşı yaşam şəraiti ola bilməz.

Daha sonra tədbir sual -cavab əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə