İmran Abdullayev: "At və eşşək ətindən daha çox dönərdə istifadə olunur" DƏHŞƏT
"Ehtimal var ki, restoranlarda və dönər satılan obyektlərdə istifadə olunan ət məhsulları at və eşşək ətidir". Bunu SİA-ya açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, hələ ki mərkəzin apardığı monitorinqlər nəticəsində restoranlarda və dönər satılan obyektlərdə at və eşşək ətinə rast gəlinməyib: "Lakin ehtimal var ki, bu ətlərdən daha çox dönər istehsalında istifadə oluna bilər. At və eşşək ətinin satışı gizli şəkildə aparıldığından bunu dəqiqləşdirmək çətindir. Lakin bizim tərəfimizdən aparılan monitorinqlərdə dönər satılan obyektlərdə istehlak olunana ətin mənşəyi və baytarlıq sənədi tələb olunur. Bu günə qədər hələ ki, bu kimi neqativ hala rast gəlməmişik".
Şöbə müdiri qadağan olunmasına baxmayaraq, hələ də dönər satılan obyektlərdə toyuq ətindən istifadə olunması məsələsinə aydınlıq gətirib. O bildirib ki, qanunvericiliklə dönər obyektlərində toyuq ətinin satışı qadağan edilsə də, bəzi dönərxanalarda bu satış davam edir: "Bəzi dönərxanalarda həftənin beş günü günorta saatlarından sonra, şənbə və bazar günləri isə gün ərzində toyuq dönəri satılır. Məsələ ilə bağlı 2013-cü ildə 89 dönərxana bağlanıb, 82-si cərimələnib, 18-nə isə xəbərdarlıq edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB