Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "QHT-lərin İdarəetmə Akademiyası" –nın Qış Sessiyasına start verib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 7 fevral 2014-cü il tarixindən start götürən akademiyanın qış sessiyası 9 fevral 2014-cü il tarixinə qədər Oğuz rayonunda keçiriləcək. Akademiyanın qış sessiyası çərçivəsində Bakı şəhəri ilə yanaşı 9 regiondan (Astara, Gəncə, Bərdə, Quba, Lənkəran, Beyləqan, Sumqayıt, İsmayıllı) 45 gənc iştirak edir.
Akademiyanın qış sessiyası müddətində 3 Tədris bloku üzrə 32 akademik saatlıq təlimlər keçiriləcək. Təlimlər "Vaxtın idarəedilməsi", "Təqdimat bacarıqları" , "QHT-lər üçün Praktik Maliyyə İdarəetməsi- Effektiv və Səmərəli İdarəetmə Metodları" və "Layihənin Monitorinqi və Qiymətləndirilməsi" mövzularını təşkil edəcək.
Akademiyanın sonunda qış sessiyasında iştirak etmiş gənclər şəhadətnamə, iştirakçı təşkilatlar isə sertifikatla təmsil olunacaq.
Qeyd edək ki, QİDA akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB