Səfir: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Səfir: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bizim krallıq münaqişənin tez bir zamanda və sülh şəraitində həllinin tərəfdarıdır" SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla ilk dəfə Gəncə şəhərində səfərdə olan Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq çıxış edib.

Diplomat qeyd edib ki, cəbhədə baş verənlər sülh prosesinə mənfi təsir göstərir və beynəlxalq ictimaiyyət bundan narahatdır: "Bu gün cəbhədə vəziyyət ağırdır. Biz belə vəziyyətdən narahatıq və bu cür davam edə bilməyəcəyini yaxşı anlayırıq. Xarici işlər nazirlərinin sonra isə prezidentlərin görüşünün təşkil edilməsi irəliyə doğru bir addımdır. Düşünürəm ki, cəbhədə vəziyyətin normallaşması danışıqları irəliyə aparan vacib amillərdən biridir".

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə