Bu gün Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində şəhid İlqar Sədi oğlu İsmayılovun həyat və döyüş yollarından bəhs edən "Ölümsüz qəhrəman" adlı sənədli filmin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, ölkənin aparıcı QHT rəhbərləri iştirak ediblər.
İlk olaraq çıxış edən Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə şəhidin vətən yolunda göstərdiyi xidmətlər barədə tədbir iştirakçılarına məlumat verib: "DİN-in Sabunçu rayon polis şöbəsinin Cinəyatkarlıqla Mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı İlqar İsmayılov Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin müdafiəsində xalq qarşısında xüsusi rəşadət göstərərək Laçın rayonunda yerləşən Qızartı dağının ermənilərdən təmizlənməsi zamanı döyüşdə şəhid olub".
Daha sonra filmə baxış keçirilib.
Filmin təqdimatından sonra şəhidin anası, qohumları onun haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, 32 dəqiqəlik film Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadənin yazdığı ssenari əsasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB