Gürcüstanda məscidə gələn gənclərin sayı çoxalıb

Gürcüstanda məscidə gələn gənclərin sayı çoxalıb

Azərbaycanda olduğu kimi qonşu Gürcüstanda da azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda da gənclərin dinə meylliyi artıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda İmam Əli (Ə) adına məscid fəaliyyət göstərir.

İmam Əli (Ə) adına məscidin təməli hicri tarixi ilə 1152-ci il, Miladi tarixi ilə isə 1739-cu ildə qoyulub. Hazırkı binası isə 1998-ci ildə tikilərək 2000-ci ildə istifadəyə verilib. Hazırda Qədim Borçalı mahalının Marneuli rayonu ilə yanaşı Dumanisi və Bolnisi rayonlarından da məscidə namaz qılmaq üçün gələnlər olur. Ümumiyyətlə son dövrlər Gürcüstanda azərbaycanlıların dinə meylliyi çoxalıb. Bu barədə İmam Əli (Ə) adına məscidin axundu Hacı Hacıyev məlumat verib.

Məlumat üçün bildirək ki, İmam Əli (Ə) adına məsciddə xeyriyyə fondunda fəaliyyət göstərir ki, həmin fondun hazırda 300 nəfərdən çox üzvü var. Fond fəqir və yoxsul insanlara yardım məqsədi ilə yaradılıb.

Ruhanilər bu gün gənclərin dinimizə yaxınlaşmalarını və məscidlərə üz tutmalarını müsbət hal kimi qiymətləndirib.

Kamran Əskiparalı, Gürcüstan

Bütün xəbərlər Facebook səhifəmizdə