ƏƏSMN-nin 142-“Qaynar xətt”inə müraciətlərin sayı iki dəfəyə yaxın azalıb

ƏƏSMN-nin 142-“Qaynar xətt”inə müraciətlərin sayı iki dəfəyə yaxın azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin 142-"Qaynar xətt"inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşaiyət olunur. Bunu SİA-ya Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, cari ilin yanvar ayında vətəndaşlar tərəfindən 142-"Qaynar xətt"ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib. Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.

Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə