Ölkənin şimal bölgəsində şaxtalı hava şəratinin hökm sürməsi Xəzər dənizinin də donmasına səbəb olub. Son günlər havaların şaxtalı keçməsi Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisində Xəzər dənizinin donmasına səbəb olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ağ rəngə bürünən Xəzərin suları sahildən dənizin ortasına qədər xeyli məsafədə donub və iri buzlaqlar əmələ gəlib.
Yerli sakinlərin sözlərinə görə, dəniz sonuncu dəfə 1969-cu ildə belə donub. Xəzər dənizinin üzü şimala getdikcə daha çox donduğu müşahidə edilir.
Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 1 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.

Emin Kərimov, Nabran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB