“TRT Yayımları və Tarixi Muzey Qatarı" vağzala çatıb

“TRT Yayımları və Tarixi Muzey Qatarı" vağzala çatıb

TRT-nin fəaliyyətə başlamasının 50-ci ildönümü münasibəti tədbirlər keçirilir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu məqsədlə hazırlanan "TRT Yayımları və Tarixi Muzey Qatarı" İzmir dəmir yol vağzalına çatıb. Qatara yerli əhali tərəfindən böyük maraq göstərildiyi xəbəri verilir.

TRT yayımları muzeyinin müdiri Suat Yüksəl qatarda radio və televizya avadanlıqlarının nümayiş etdirildiyini bildirərək, buraya gələnlərin ilk yayım dövründən başlayaraq hal-hazırda istifadə edilən qurğuları canlı olaraq görə biləcəklərini deyib.

Ulu öndər Mustafa Kamal Atatürkün nadir rəsimlərinin də olduğu qatarda həmçinin Atatürkün 1933-cü ildə 10-cu il nitqini səsləndirərkən istifadə etdiyi mikrafon da nümayiş etdirilir.

Sonda qeyd edək ki, İzmir əhalisi fevralın 6-na kimi muzey qatarını ziyarət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə