“Gənclərimiz hər zaman Prezidentin yanındadırlar” AÇIQLAMA

“Gənclərimiz hər zaman Prezidentin yanındadırlar” AÇIQLAMA

"Gənclərə göstərilən diqqət və qayğı 1993-cü ildən başlayıb. Belə ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk olaraq gənclərlə görüşdü. Ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin fikirlərini dinləmək, sözlərini eşitmək üçün ölkədə Gənclərin I Forumu keçirildi. Ən əsası da heç bir ölkədə olmayan gənclər üçün xüsusi bir gün təyin etdi. Bütün bunlar Ulu Öndərin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi idi". Bu sözləri SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ölkədə gənclərin təşkilatlanması ilə bağlı onlara yaradılan şəraitdən danışarkən deyib.

Onun sözlərinə görə, ölkədə nəinki gənclərin təşkilatlanması həmçinin onların xaricdə təhsil alması, işlə təmin olunması bu qayğının bu gündə uğurla davam edildiyini göstərir: "Əsası Ulu Öndər tərəfindən qoyulan hazırda da prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün gənclərimizin əksəriyyəti xaricdə təhsil alır, onlar bir çox dövlət orqanlarında, beynəlxalq tribunalarda təmsil olunurlar".

Müxalifətin gəncləri müxtəlif yollarla özünə cəlb etmək niyyəti ilə bağlı danışan birlik sədrinin sözlərinə görə, təəssüf ki, Əli Kərimli kimi insanlar mənbəyi bəlli olmayan pullar hesabına gəncləri öz tərəflərinə çəkmək istəyir: "Onlar bu yolla ölkədə görülən işlərə kölgə salmağa çalışırlar. Təbii ki, bu yolverilməz və mümkünsüz bir məsələdir. Azərbaycan gəncliyi birmənalı olaraq bunu pisləyir və qəbul etmir. Onlar heç nəyə nail ola bilməzlər. Çünki Azərbaycan gəncliyinin əsasını vətənini sevən, ona sadiq olanlar təşkil edir. Bir neçə nəfəri çıxmaq şərt ilə bütün gənclər yalnız və yalnız ölkə başçısını dəstəkləyir və hər zaman da onun yanındadır. Bu, ötən il keçirilən prezident seçkilərində də bir daha özünü biruzə verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə