Arzu Rəhimov Gəncədə vətəndaşlarla görüşəcək

Arzu Rəhimov Gəncədə vətəndaşlarla görüşəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 27-də Gəncədə vətəndaşlarla görüşəcək. Bu barədə SİA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib. Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri, M. Abbaszadə küç. 51) keçiriləcək qəbulda Gəncə, Samux, Göygöl, Goranboy, Mingəçevir və Daşkəsən rayon və şəhər sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 26-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə