Millət vəkili: “Bundan sonra təşkilatlar daha şəffaf fəaliyyət göstərməli olacaqlar” MÜNASİBƏT

Millət vəkili: “Bundan sonra təşkilatlar daha şəffaf fəaliyyət göstərməli olacaqlar” MÜNASİBƏT

"QHT-lərlə bağlı qanuna edilən dəyişiklik bu sahədə şəffaflığa xidmət edəcək". Bu sözləri SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə layihə ilə bağlı yaranan narazıçılıqlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiyə qədər QHT-lər və xarici təşkilatların fəaliyyəti ilə bağlı qəbul olunan müəyyən qanunlarda boşluqlar var idi ki, onlar bu qanun layihəsi ilə tənzimlənmiş oldu.

Millət vəkili vurğulayıb ki, edilən dəyişikliklər nəticəsində layihələrin təyinatı ilə bağlı xərclənən pullar, həm onların fəaliyyəti ilə əlaqədar, həm də müəyyən yəni radikal, terrorçu, dövlətin maraqlarına zidd fəaliyyət göstərməsi kimi məsələlər göz qabağında olacaq: "Şəffaflıq olduğu zaman bu sahə ilə bağlı heç bir problem ortaya çıxa bilməz. Bir çox QHT və xarici təşkilatlar layihəni müsbət dəyərləndirsələr də, çox təəssüf ki, bəzilər bunu təzyiq forması kimi müzakirə etməyə çalışdılar. Artıq bu məsələdə öz həllini tapıb. Çünki, qanun layihəsi ilə bağlı narazılıqlara aydınlıq gətirilib. Ölkədə qanun hamı üçün eynidir. Digər dövlət qurumları kimi QHT-lər də şəffaf işləməlidirlər".

Ç.Qənizadə qeyd edib ki, ölkədə hər hansı bir qanun qəbul olunarkən bəzən cəmiyyətin müəyyən təbəqəsi buna mənfi prizmadan yanaşmağa çalışır: "Bura təkcə QHT-lələ bağlı qəbul olunan qanun deyil, həmçinin bundan əvvəldə mənim təşəbbüsümlə 4 qanun layihəsi qəbul olunub ki, bu layihələrlə də bağlı da sərt reaksiyalar olmuşdu. Çox təəssüf ki QHT-lər arasında "qarışqanı filə" çevirən təşkilatlar da var və onlar hələ də müəyyən narazılıqlarını bildirilər. Lakin onlar ortaya hər hansı bir əsas qoyduqda bizim də deməyə kifayət qədər arqument və sözümüz var. Ümumilikdə götürəndə QHT-lərlə bağlı qanuna edilən dəyişikliklər ölkəmiz üçün faydalıdır. Bu qanunun fəaliyyət göstərməsi üçün heç bir maneə görmürəm. Artıq ölkə başçısı da bu layihəni təsdiqləyib. Düşünürəm ki, bundan sonra öz fəaliyyətində laqeydlik göstərən təşkilatlar daha məsuliyyətli olub, şəffaf fəaliyyət göstərməli olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə