"Fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacaq, yağış yağacağı, əsasən axşam və gecə saatlarında qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şimal şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında deyib ki, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 2-6 şaxta, səhər gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Səhar saatlarında yollar buz bağlayacaq.
Baş hidroloqun sözlərinə görə, sabah Azərbaycanın rayonlarında hava şəraiti bəzi ərazilərdə yağıntılı olacaq, qar yağacaq: "Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq".
Asif Verdiyev bildirib ki, gecə saatlarında şaxtalı hava şəraiti davam edəcək. Bakı və Abşeron yarımadasında fevralın 7-si gündüz saatlarından başlayaraq temperaturun tədricən yüksəlməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB