Murmansk şəhərində çıxan "Veçerni Murmansk" qəzetində əlbəyaxa döyüş üzrə vilayət çempionatı barədə "Sərt qarşıdurma" adlı məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, kişilər arasında döyüşlər daha maraqlı olub. Final çox gərgin keçib, heç kəs geri çəkilmək istəmirdi.
Sərhədçilər hamıdan çox qızıl medala sahib olublar. Onlar yeddi final görüşündən dördündə qələbə qazanıblar.
Murmanskdakı 19 nömrəli idman məktəbinin yetirməsi Marina Rozdolskaya ən yaxşı texnikaya görə xüsusi mükafata layiq görülüb. Həmvətənimiz Tağı Tağıyev 85 kiloqramlıq çəki dərəcəsində qızıl medala sahib olub.
Qeyd etmək lazımdır ki, Tağı Tağıyev Azərbaycanın Ağcabədi rayonundakı Qiyaməddinli kəndində anadan olub. Murmanskdakı orta məktəbdə və Murmansk Texniki Universitetində təhsil alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB