ATƏT-in Akademik Şəbəkəsi 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil edilmiş "Təhlükəsizlik günləri" sammiti çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis edilib. SAM-dan SİA-ya verilən məlumata görə, şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, ATƏT çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.
Şəbəkə qarşısında duran ən önəmli vəzifələrdən biri də davam etməkdə olan və 2015-ci ilədək ATƏT daxilində islahatların keçirilməsi və təşkilatın beynəlxalq arenadakı aktivliyini təmin edilməsini nəzərdə tutan "Helsinki+40" prosesinə töhfə verməkdən ibarətdir.
Şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv ölması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.
SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində 2013-cü ilin dekabr ayında baş tutmuş ATƏT Nazirlər Şurasının Kiyev sammitində iştirak etmiş və şəbəkənin koordinatoru Volfanq Zellnerlə görüşərək SAM-ın quruma üzvlük perspektivlərini müzakirə edib.
2014-ci ilin yanvar ayından SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB