"Qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi baxımından vəziyyət yaxşı deyil"
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi qeyri-dövlət sektorundakı təşkilatlara, vətəndaşlara yardım, maarifləndirmə işləri aparmaq məşqsədilə ilə yaradılıb. Mərkəzin fəaliyyətə başladığı bir ay ərzində məlum olub ki, mövcud sahədə vəziyyət yaxşı deyil". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, bu sahədəki əsas problem istifadəçilərin əvvəlcədən məsələ ilə əlaqədar hazırlıqlı olmamasıdır: "Məsələn, istifadəçilər anti-virus proqramlarından lazım olan anda istifadə etmir və bu da sonda daha böyük problemlərə yol açır. Digər problem isə tanınmayan ünvandan gələn e-maillərlə bağlıdır. Bu e-maillərdə yüz faiz virus var və çox vaxt bu e-mailləri açırlar, problem ortaya çıxır. Buna görə də həmin məlumatları yoxlamadan yükləmək olmaz".
F. Fərmanov deyib ki, ETM-in "cert.az" saytı, 1654 nömrəli qaynar telefon xətti istifadəyə verilib: "İstifadəçilər problemlə üzləşdikdə, bu qaynar xəttə müraciət edərək məlumat ala bilərlər. İndiyə qədər ETM-ə 15-ə qədər zəng daxil olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB