Lənkəranın qışı ŞƏKİLLƏRİN DİLİ İLƏ

Lənkəranın qışı ŞƏKİLLƏRİN DİLİ İLƏ

El-obamıza qar yağdı. Hər tərəf ağ örpəyə büründü. Döğma Lənkəranımıza çoxdan belə qar yağmamışdı. Gündən-günə gözəlləşən diyarımız qarın yağması ilə sanki daha da gözəlləşdi. Hər fəslin öz möcüzəsi olduğu kimi, qışın da möcüzəsi, hər tərəfi ağappaq, bəmbəyaz yorğana bürüyən ağappaq qardır. Böyüklərimiz "qar bərəkətdir, ruzidir"- deyirbər. İnşallah, bu il ruzimiz bol olacaq.

Amma qarın yağmasına ən çox uşaqlar sevinirlər. Uşaqlarımıza isə sevinc yaraşır. Digər tərəfdən qar havası, doğma yurdumuza bəyaz paltar geyindirməyə başı qarışan ağappaq qar, bəyaz kəpənəklər kimi uçuşan qar dənəcikləri, insanın qəlbinə, ruhuna rahatlıq verməklə, ətrafda xoş bir abi-hava yaradır. Qar yağır, elimizə-obamıza. Doğma yurdumuza paklıq, təmizlik, bəyazlıq çilənir bu qar dənəcikləriylə.

Deyirlər, qar paklıq, təmizlik rəmzidir. Hamınıza paklıq, təmizlik, qar kimi bəyaz sabahlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə