Gəncədə bir neçə gündür davam edən şaxtalı hava şəraiti şəhərin su xətlərində donmalara səbəb olub. Bu da əhalinin gündəlik su təminatında fasilələrin yaranmasına gətirib çıxarıb. Məsələyə aydınlıq gətirən "Gəncə Su Kanal" Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, şaxtalı hava yeraltı magistral su xətlərinə ziyan vurmayıb. Baş mühəndis donmalara əsasən binalarda və fərdi yaşayış evlərində sakinlərə məxsus xətlərdə rast gəlindiyini bildirib.
İlham Məmmədov, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB