17-ci Avrasiya İqtisadi Zirvəsi, 4-6 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mərmərə qrupu Sosial və Strateji Araşdırmalar Vəqfi tərəfindən təşkil edilən zirvəyə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları və baş nazirlər qatılacaq.
42 ölkənin iştirak edəcəyi zirvədə, "İnsan Qaçaqçılığı", "Regionaldan Qlobala İpək Yolunda İqtisadiyyatın və Enerjinin Gələcəyi", "Regionaldan Qlobala Dialoqun Sülhdəki Önəmi", "Dizayn və Texnologiya: Əsaslara görə Yanaşma" və digər bir sıra mövzular müzakirə olunacaq.
Sülh və dialoq layihəsi olan Avrasiya İqtisadi Zirvəsində bu il Avrasiya bölgəsində ilk planda qısa və uzun müddətdə enerji qaynaqlarının ixrac edilmə yollarının çeşidləndirilməsi dəyərləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB