Gürgən qəsəbəsinin inzibati ərazisi genişləndirildi

Gürgən qəsəbəsinin inzibati ərazisi genişləndirildi

Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, dəyişikliklər barədə məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Bakı şəhər Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu Qanuna əlavə edilən xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Onun sözlərinə görə, Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxilə ediləcək: "Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə veriləcək".

Müzakirələrin yekunu olaraq qanun layihəsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə