" “Psixoloji xidmət haqqında” qanun layihəsi qəbul edilməlidir" təklif
"Milli Məclis "Psixoloji xidmət haqqında" qanun layihəsini qəbul etməlidir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə bir qanun mövcuddur və insanlar ən azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər". SİA-nın xəbərinə görə, bu təkliflə millət vəkili Musa Quliyev parlamentin bugünkü ilk plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır: "Bir faktı qeyd edim ki, insan xəstəliklərinin 80%-dən çoxu onun psixikası və sinir sisteminin pis olması ilə bağlıdır. Ölkədə müəyyən cadugərlərin, dindarların, ekstrasenslərin, falçıların ekranlardan meydan sulaması, cəmiyyətin bir qrup hissələrinin onlara müraciət etməsi, o cümlədən müəyyən dini təmayüllü cərəyanlara gənclərin qoşulması psixoloji sferada boşluqların olması ilə bağlıdır".
Millət vəkili xatırladıb ki, Azərbaycanda kifayət qədər psixoloq olacaq kadrlar var: "Bütövlükdə psixoloji xidmətin əhaliyə çatdırılması, eyni zamanda onun hüquqi əsaslarının yaradılması üçün "Psixoloji xidmət haqqında" qanun qəbul olumalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa, bizim komissiya bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik".
Spiker Oqtay Əsədov deyib ki, bu məsələ çox aktualdır: "Amma indi bu məsələni qanun halına salmaq üçün yetərincə iş görməliyik. Elə onu qeyd edim ki, bizdə istənilən qədər psixoloq yoxdur. İlk növbədə peşəkar psixoloqlar yetişdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB