Siyavuş Novruzov: "Bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlər" TƏKLİF
"Bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlər. Ona görə də məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir". SİA-nın xəbərinə görə, bunu YAP-ın icar katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun fikrincə, dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir: "Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olardı ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB