Gənclər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Gənclər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Gənclər və İdman Nazirliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun üzvləri 2 Fevral - Gənclər günü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın xəbərinə görə, ziyarətçilər arasında gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra QHT nümayəndələri iştirak edib.

Jurnalistlərə açıqlama verən Azad Rəhimov deyib ki, Azərbaycan gənc ölkədir və ölkəmizdə faiz baxımından gənclər çoxluq təşkil edir: "Bu gənc ölkə sözsüz ki, gələcəyə çox böyük inamla baxır. Biz gənclərimizin parlaq gələcək qurduğunun şahidiyik. Hazırda gənclərin fəaliyyəti, xaricdə təhsil alması sübut edir ki, Azərbaycanın gələcəyi parlaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə