Qənirə Paşayeva: "Ölən insanlardan orqan götürülmədir"

Qənirə Paşayeva: "Ölən insanlardan orqan götürülmədir"

Millət vəkili Qənirə Paşayeva parlamentin yaz sessiyasının ilk iclasında Azərbaycanda beyin ölümü keçirən insanlardan orqan alınması məsələsini qaldırıb. SİA-nın xəbərinə görə, o deyib ki, Azərbaycanda bununla bağlı qanun qəbul edilsə də, tətbiq olunmur.

O həmçinin qeyd edib ki, böyrək, qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələr ölkəmizdə əməliyyat olunur, lakin onlar üçün yalnız sağlam insanlardan orqan götürülür: "Mütləq xəstənin yaxınlarından biri öz orqanını verir. Bu da o deməkdir ki, sağlam insanların səhhəti təhlükə altına alınır. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrində ölən insanlardan orqan götürülməsi sistemi inkişaf edib. Hazırda Azərbaycanda, ümumiyyətlə, beyin ölümünün konkret təyin mexanizmi də bəlli deyil".

Millət vəkili bu vacib məsələnin qısa müddətdə həll olunmasını, qanunun işə salınaraq insanların səhhətinin qorunmasına yönəldilməsini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə