"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də gün ərzində bəzi ərazilərdə qısa müddətli zəif qarın yağması ehtimal olunur. Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib.
Onun sözlərinə görə, fevralın 4-də paytaxtda və yarımadada havanın temperaturu gecə 6-8 şaxta, səhər 3-5 şaxta, gündüz 0-2 şaxta, bəzi ərazilərdə 1 dərəcəyədək isti olacaq: "Gecə və səhər yollar buz bağlayacaq. Sabah ölkənin rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında qar yağacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq".
Qeyd edək ki, sabahdan etibarən ölkə ərazisində qarın tədricən kəsiləcəyi, yalnız bəzi ərazilərdə qısa müddətli zəif qarın yağması gözlənilir. Lakin ölkə ərazisində şaxtalı hava şəraiti yaxın 3 gün müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB