Prezident İlham Əliyevin gənclər üçün hazırlanmış mükafatı öz sahiblərinə təqdim olunacaq İLK DƏFƏ

Prezident İlham Əliyevin gənclər üçün hazırlanmış mükafatı öz sahiblərinə təqdim olunacaq İLK DƏFƏ

"Fevralın 5-də ölkə prezidenti İlham Əliyevin gənclər üçün hazırlanmış mükafatı öz sahiblərinə təqdim olunacaq". SİA-nın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, mükafat əsasən 4 nominasiyada - elm, təhsil, mədəniyyət və ictimai işlərlə bağlı olacaq: "Bu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində atılan addımdır. Mükafatın məbləği 10 min manatdır. Eyni zamanda bu şəxslərə xüsusi döş nişanı və diplom veriləcək. Gənclərin fəaliyyəti hər zaman nazirlik tərəfindən araşdırılır, təhlil olunur və qiymətləndirilir. Bu bizim üçün çox vacib amildir".

Nazir qeyd edib ki, cari ildə Azərbaycan gənclərini sevindirəcək daha bir tədbir keçiriləcək: "Ölkəmizdə cari ilin noyabr ayında hazırda təsdiq olunmuş ilk qlobal "Gənc mütəxəssislərin forumu" keçiriləcək. Forum çərçivəsində Azərbaycana BMT-nin baş katibi Pan Gi Munun səfəri olacaq. Bu forumun keçirilməsi üçün dünya ölkələri arasından məhz Azərbaycan seçilib. Bu da dünya ictimaiyyəti və gənclər təşkilatları tərəfindən Azərbaycana olan diqqətin nəticəsidir, eyni zamanda ölkəmizdə aparılan gənclər siyasətinin göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə