Ötən il Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 567 cinayət hadisəsi qeydə alınıb, onlardan 417-nın və ya 78,8 faizinin açılması təmin olunub. SİA-nın məlumatına görə, bu barədə Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov rayonun bu ilki hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, həyata keçirilən profilaktik tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 fakt və ya 5 faiz azalıb.
Onun sözlərinə görə, ağır cinayətlərin sayı da əvvəli illə müqayisədə 61-dən 111-ə kimi artsa da onların 89-nun və ya 85,6 faizədək artaraq, 11,6 faiz yaxşılaşıb: "Baş verən oğurluq cinayətləri 121-dən 137-dək və ya 16 fakt artıb, onların 68-nın və ya 51,1 faizinin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48, 7 faizdən 51,1 faizədək artaraq yaxşılaşıb.hesabat dövrü axtarışda oçan 33 nəfərdən 9 -u və ya 27,3 faizi tutlaraq məhkəmə və istintaq orqanlarına təhvil verilib. Ağır xüsusilə ağır cinayətlərə görə axtarışda olan 29 nəfərdən 15-nin və ya 51,7 faizinin tutulması təmin edilib".
Rayon Polis İdarəsinin rəisi həmçinin vurğulayıb ki, ötən il narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunan faktların sayı əvvəlki illə müqayisədə 41-dən 78-ə dək artıb: "Aşkar edilən faktların 23-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanması və qəbul edilməsi ilə əlaqədar olub. Bunlardan 3 fakt üzrə külli miqdarda vasitələrin götürülməsi təmin edilib. Aşkar edilən faktlar üzrə ümiumilikdə 6 kq 413 qram narkotik maddə götürülərək dövriyyədın çıxarılıb. Dövriyyədən çıxarılan narkotik vasitələrin 13,8 qramı heroin, 5,32 qramı həşiş 140,17 qramı tiryək, və 6 kq 253 qramı isə qurudulmuş marixuana olub. İl ərzində tədbirlər nəticəsində 3 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 2 ədəd ov tüfəngi və 1 ədəd tank mərmisi aşkar edilərək götürülüb. Ötən il rayon ərazisində ümumilikdə 233 yoç nəqliyyat hadisəsi baş verib ki nəticədə 21 nədər ölüb, 85 nəfər xəsarət alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB