1970-ci illərdə istifadəyə verilən Tovuz rayonun İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin bu günədək əsaslı təmir edilməməsi məktəbdə tədrisin keyfiyyətində problemlər yaradıb.
Məktəbin direktoru Əli Abdıyev isə 1976-cı ildə istifadəyə verilən məktəb binasının acınacaqlı vəziyyətindən danışıb: "Məktəbin sinif otaqlarının iri, pəncərələrinin sınıq olması siniflərdə istiliyin əldə olunmasında problem yaradır. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edir. Məktəbə ayrılan neft yanacağı da qurtarıb. Biz məktəbin odun yanacağını valideynlərin köməyi ilə təmin edirik".
Qeyd edək ki, 1976-cı ildən istifadəyə verilən Tovuz rayonun İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin binasında, bu günədək heç təmir işi aparılmayıb. Hazırda 672 nəfər şagirdin təhsil aldığı məktəb binasının əsaslı təmirə ehtiyacı var.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB