Gürcüstan Respublikasının Marneuli rayonunda gürcü dilini bilməyən azərbaycanlılar iş tapmaqda çətinlik çəkirlər. Bölgə müxbirinin verdiyi xəbərə görə, qonşu Gürcüstanda bütün millətlər sərbəst və dinc həyat tərzi sürür. Burada yaşayan soydaşlarımız, bu ölkədə millətlər arasında heç bir problem olmadığını bildiriblər. Qonşu Gürcüstanda bütün millətlər öz dinini və dilini, adət və ənənələrini yaşadırlar.
Gürcüstanda yaşayan azərbaycanlılar, gürcülərin azərbaycanlılara olan isti münasibətindən razı qaldıqlarını bildirsələr də, gürcü dilini bilməyənlərin işlə təmin edilməsində problemlərin olduğunu deyiblər.
Qeyd edək ki, bu gün Gürcüstanda milli ayrıseçkilik yoxdur və ən əsası qonşu dövlət olan Gürcüstanda Azərbaycan dili ilə yanaşı, dininə də böyük hörmət var.
Kamran Əskiparalı, Marneuli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB