Deputat Sədaqət Vəliyeva seçicilərini qəbul edib

Deputat Sədaqət Vəliyeva seçicilərini qəbul edib

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb.

Millət vəkili Q.Qarayev, B.Nuriyev, Naxçıvanski və Babək prospekti ünvanlarından olan seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Ünvanlı sosial yardım və əlillik dərəcəsi almaq istəyən şikayətçilərin problemlərilə əlaqədar müvafiq qurumlara yerindəcə müraciət edilib və vətəndaşlara qanun çərçivəsində köməklik edilməsi xahiş olunub.

Eyni zamanda, işlə təminatla bağlı müraciət edən seçicilərin də probleminə yerindəcə reaksiya verilib. Millət vəkili rayon Məşğulluq İdarəsinə müraciət edib və məsələ həllini tapıb.

Qeyd edək ki, deputatın seçicilərilə demək olar ki, hər həftə keçirdiyi görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə